Peskov: “Rusiya bütün ölkələrlə...”

“Qərbin gözlənilməzliyi ona müxtəlif formatlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün gələcək perspektivləri dəqiq proqnozlaşdırmağa mane olur”.
Cebhe.info "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qərb ölkələrinin iştirak etdiyi beynəlxalq təşkilatlarda iştirakını genişləndirmək niyyətində olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib:
"Tələsik hərəkət etməyək. Hadisələr bəzən o qədər gözlənilməz inkişaf edir və kollektiv Qərbin müxtəlif məsələlərə münasibəti o qədər gözlənilməz dəyişir ki, bizim nəyisə proqnozlaşdırmaq imkanımız kifayət qədər məhduddur".
“Biz bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq və qarşılıq verməyə hazır olan ölkələrlə də bunu edirik”, - Peskov əlavə edib.
Nigar Hacılı
Cebhe.info