Peskov: "Diplomatik yollara əl atır"

"Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək".
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini diqqətlə izləyiblər.
O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
"Cebheinfo.az"