Peskov: "Trampla təmas hələlik olmayıb"

Peskov: "Trampla təmas hələlik olmayıb"

ABŞ prezident administrasiyası ilə hələlik təmaslar olmayıb, lakin müzakirə üçün potensial aktual məsələlərin gündəliyi genişdir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümidlər haqqında danışmaq hələ tezdir", - deyən Kremlin sözçüsü Trampın gəlişi ilə BMT-də işləyən rusiyalılar üçün ABŞ-nın viza məhdudiyyətinin ləğvinə dair sualına belə cavablandırıb:  

“Bu, Amerika tərəfi qarşısında qaldırıla bilən yeganə məsələ deyil. Bir qıcıqlandırıcı məsələlər gündəliyi o qədər genişdir ki, bir məsələni prioritet saymaq düzgün olmaz”.

"Cebheinfo.az"