Peter Siyarto: "Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacaq"

Peter Siyarto: "Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacaq"

Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.

Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

Cebhe.info