Pezeşkiandan İsrailə təklif

Pezeşkiandan İsrailə təklif

İsrailin Qəzza zolağında və Livanda atəşkəslə razılaşması İranın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab addımı atmaq qərarına təsir edə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian belə deyib.

“Onlar yaxşı bilirlər ki, İran İslam Respublikasına qarşı hər hansı bir səhv etsələr, sarsıdıcı cavab alacaqlar. Yalnız onların davranışlarına yenidən baxması, atəşkəslə razılaşması və bölgədə günahsız insanların öldürülməsi bizim necə və hansı qüvvə ilə cavab verəcəyimizə təsir edə bilər”, - deyə “İRNA” agentliyi yazır.

Pezeşkian regionda gərginliyin artmasına görə bütün məsuliyyəti göstərdikləri təmkinə və bəzi ölkələrin məsləhətlərinə baxmayaraq, cinayətlərini davam etdirən və təcavüzünün miqyasını genişləndirən İsrailin üzərinə qoyub.

Müşfiq Abdulla 
“Cebheinfo.az”