“Piri Rəis” suya buraxıldı

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən daha bir sualtı gəmi suya buraxılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik sualtı gəminin suya buraxıldığını açıqlayıb. Gəminin sınaqları davam edir. Gölcük Gəmiqayırma Zavodunda inşa edilən ilk sualtı gəmi "Piri Rəis" adlanır və 2021-ci ilin martında suya buraxılıb.
Sualtı qayıqların uzunluğu 68 metr, çəkisi 2 min tondan çoxdur və 40 nəfərlik heyətə sahibdir.
Cebhe.info