Putin çıxışı ilə yenidən gündəm oldu

Putin çıxışı ilə yenidən gündəm oldu

"Qərbdə sadə insanların rəyi siyasi situasiyada dəyişikliyə məruz qalmır, onların çoxu ilə yaxşı münasibətlər saxlamaq mümkündür".

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin "Vorobyovı Qorı" İnnovasiya Elm və Texnologiya Mərkəzinin "Lomonosov" klasterinə səfəri zamanı deyib.

Məlumata görə, Rusiya Prezidenti xüsusilə avstriyalılarla əlaqə saxladığını göstərib:

“Mən bilirəm ki, onlar ölkəmizlə çox mehriban davranırlar və dünyada baş verən hər hansı dramatik hadisəyə baxmayaraq, bəzi ölkələrin, o cümlədən Avropa ölkələrinin siyasi elitasından fərqli olaraq onların ölkəmizlə bağlı fikirləri dəyişmir”, - deyə Putin bildirib.

Rusiya lideri qeyd edib ki, vaxtilə SSRİ Avstriya Respublikasının Konstitusiyasının təminatçısı kimi çıxış edib və əlavə edib ki, bir çox vətəndaşlar buna görə hələ də Rusiyaya təşəkkür edirlər.

Sevinc Tapdıqqızı
Cebhe.info