Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirib

Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ər-Riyadda aparılan danışıqların nəticələri barədə ona məruzə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirdiyini söyləyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmayıb, indi diplomatik missiyaların işi bərpa olunacaq,

Putin deyib ki, Rusiya ABŞ ilə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə, o cümlədən Suriya və Fələstində işi bərpa etmək üçün ilk addımı atıb.

"Cebheinfo.az"