Putin Kadırovla görüşüb

Putin Kadırovla görüşüb

Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, tərəflər respublikanın həyatına aid məsələləri müzakirə ediblər.

Rusiya lideri Kadırovdan Ukraynada xüsusi hərbi əməliyyatlar zonasında olan çeçen əsgərlərinə təşəkkür sözlərini çatdırmağı xahiş edib.

Həmçinin bildirilir ki, Putin Kadırovun Çeçenistan rəhbəri kimi işindən razı qalıb.

Bu arada Rusiya Müdafiə Nazirliyi bir ildən az müddətdə Çeçenistanda yeni hərbi şəhərcik tikəcək.

Sevinc Tapdıqqızı
Cebhe.info