Putin Kursk əməliyyatını ona həvalə etdi - FOTO
Rusiya prezidentinin köməkçisi, general-polkovnik Aleksey Dyumin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi üçün təhlükəsizlik və mülki idarələri koordinasiya edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb. Hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Həmçinin qeyd edilir ki, bu təyinat Dyuminin yüksək səriştəsi ilə bağlı ola bilər, o, təkcə real döyüş təcrübəsi deyil, həm də mülki təcrübəyə, o cümlədən Tula vilayətinin qubernatoru kimi qazandığı təcrübəyə malikdir.
Aleksey Dyumin may ayında prezidentin köməkçisi təyin edili. O, hərbi-sənaye kompleksi və idman məsələlərinə nəzarət edir, eyni zamanda Rusiya Federasiyası Dövlət Şurasının katibidir.
Bundan əvvəl, avqustun 12-də Vladimir Putinin sədrliyi ilə keçirilən operativ müşavirədə Kursk məsələsi müzakirə olunub.
Xatırladaq ki, Kursk vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Xəzər
“Cebheinfo.az”