Putindən hərbi xidmətə çağırışla bağlı sərəncam

Putindən hərbi xidmətə çağırışla bağlı sərəncam

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.

Xatırladaq ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.

Cebhe.info