Putinin həbs qərarına veto qoyuldu

Putinin həbs qərarına veto qoyuldu

Macarıstan Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs orderi ilə bağlı Aİ ölkələrinin birgə bəyanatına veto qoyub.

Cebhe.info xəbər verir ki, “Bloomberg” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb. Agentliyin həmsöhbətləri bildiriblər ki, nəticədə Avropa diplomatiyasının rəhbəri Jozef Borrell öz adından açıqlama verməyə məcbur olub. Həmçinin qeyd olunur ki, Budapeşt 23-24 mart tarixlərində Brüsseldə keçiriləcək növbəti Aİ sammitində öz mövqeyini ifadə edə bilər.

Xatırladaq ki, ICC martın 17-də uşaqların Ukrayna ərazilərindən Rusiya Federasiyasına qanunsuz deportasiyası işi üzrə Putinin, eləcə də uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbs edilməsi üçün order verib. Kreml Haaqa məhkəməsinin bu qərarını “qəbuledilməz” adlandırıb, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bunun “hüquqi cəhətdən etibarsız olduğunu” bildirib.

Xəzər
Cebhe.info