Putinlə Tokayev arasında telefon danışığı olub

Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

İki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.

“Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.

Sülhməramlı kontingentin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlərə dair fikri mübadiləsi aparılıb”, - Kremldən bildirilib.

Cebhe.info