Qarajda partlayış: 2 ölü, 11 yaralı

Qarajda partlayış: 2 ölü, 11 yaralı

İsveçrədə çoxmərtəbəli binanın dayanacağında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, İsveçrənin Aarqau kantonunda yerləşən Nussbaumen şəhərindəki binanın qarajında axşam saatlarında partlayış baş verib, daha sonra yanğın başlayıb.

Bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları gəlib. Bina sakinləri təxliyə edilərkən böyük təşviş yaşanıb. Yanğın sürətlə digər mərtəbələrə də keçib.  

Söndürmə işlərinə 3 helikopter dəstək verərkən, yanğın gecə saatlarında söndürülüb.

Nigar Hacılı 
"Cebhe.info"