Qaribaşvili Almaniyaya gedir - Şoltsla görüşəcək

Qaribaşvili Almaniyaya gedir - Şoltsla görüşəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Almaniyaya səfər edəcək.

Cebhe.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 9-da baş tutacaq səfər çərçivəsində Qaribaşvili Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

Məlumata görə, tərəflər xarici siyasət və təhlükəsizlik məsələləri, Avropa siyasəti məsələləri, həmçinin iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.

Cebhe.info