“Qəssam” Briqadaları: “Əsgərləri pusquya saldıq, ən azı…”

“Qəssam” Briqadaları: “Əsgərləri pusquya saldıq, ən azı…”

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında pusquya düşən İsrail əsgərləri arasında ən azı 10 ölü və yaralı olduğunu açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, “Qəssam” Briqadaları tərəfindən verilən yazılı açıqlamada qurudan Beyt Hanuna girən İsrail əsgərlərinin gecə saatlarında pusquya salındığı bildirilib. Açıqlamada Beyt Hanunda 10 İsrail əsgərini daşıyan avtomobilin əvvəlcə vurulduğu, daha sonra maşına əl qumbaralarının atıldığı, pusquya düşən əsgərlərin köməyinə əlavə qüvvələrin gəldiyi vurğulanıb. Partlayıcı qurğunun əlavə qüvvələr gəldiyi zaman işə düşdüyü, pusquya düşərək köməyə gələn əsgərlərin öldüyü və ya yaralandığı bildirilib. Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail ordusuna məxsus iki “D9” hərbi buldozerinin “Yasin-105” raketi ilə hədəfə alındığı qeyd edilib. İsrail ordusu hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Nigar Hacılı

"Cebhe.info"