Qəzzada qida çatışmazlığı hökm sürür

İsrailin Qəzza zolağına hücumları davam edir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzada yaşanan ərzaq böhranına diqqət çəkən bir açıqlama verib.
"Cebhe.info" xəbər verir ki, UNICEF-in bəyanatında aşağıdakı ifadələr yer alıb:
"Qəzzada bir çox insan gündə yalnız bir yeməklə sağ qalarkən, digərləri yemək tapa bilmir. Uşaqlar kəskin qida çatışmazlığı ilə üzləşir, təmiz su adambaşına 1 litrdən azdır. 4 aydan çoxdur davam edən zorakılıq Qəzza humanitar böhrana səbəb olub. Uşaqların indi atəşkəsə ehtiyacı var”.
Nigar Hacılı
"Cebhe.info"