Qonşuya -20 dərəcə soyuq gəlir

Qonşuya -20 dərəcə soyuq gəlir

Rusiyada uzun müddət davam edən isti havalardan sonra kəskin soyuq müşahidə ediləcək.

Belə ki, Sankt-Peterburqda dekabrın ilk ongünlüyündə hava çox soyuq olacaq.

Cebhe.info xəbər verir ki, şəhərin baş sinoptiki Aleksandr Kolesovun proqnozlaşdırdığı kimi, şimal paytaxtına -20 dərəcəyə qədər şaxta gələcək.

“3-5 santimetr qar əlavə olunacaq. Dekabrın 1-də siklonun təsiri davam edəcək, zəif qar yağacaq. Dekabrın 2-də qar daha da az yağacaq, sonra dayanacaq”, - sinoptik bildirib.

O əlavə edib ki, havanın temperaturu 3-4 dərəcə şaxtadan 5-10 dərəcəyədək enəcək.

“Dekabrın ilk ongünlüyündə daha kəskin şaxtalar gözlənilir. Bu, -15, -20 dərəcəyə qədər olacaq”.

O, həmçinin qeyd edib ki, 2023-cü ilin noyabrı bütün müşahidə dövrü üçün ən isti ay olub.

Xəzər
Cebhe.info