Qriqoryan ABŞ-a səfər edəcək

Qriqoryan ABŞ-a səfər edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona işgüzar səfərə gedəcək.

Cebhe.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər sabaha - 2 dekabr tarixinə planlaşdırılıb.

Səfər zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı gündəliyinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Qriqoryan Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olmuşdu.

Cebhe.info