Qrossi: “İranın nüvə proqramının vəziyyəti qeyri-müəyyəndir”
“İranın nüvə proqramının vəziyyəti həqiqətən qeyri-müəyyəndir. Danışıqların yeni bir çərcivədə aparılması lazım ola bilər. İranla problem Nüvə Sazişinin bərpası ilə həll olunmayacaq”.
Cebhe.info “GunazTV”-yə istinadən xəbər verir ki, bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Qrossi müsahibəsində İranla danışıqların aparılması istiqamətində ciddi addımların atılmasının vacibliyini vurğulayıb.
Baş direktor dünya güclərini İranın “zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri” unutmamağa çağırıb.
Rafael Qrossi bildirib ki,hazrd beynəlxalq ictimaiyyətin diqqəti HƏMAS-İsrail müharibəsinə yönəlib:
“Lakin dünya gücləri İranın zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri unutmamalıdır”.
Yunis Abdullayev
Cebhe.info