Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası martın 23-də xəstəxanadan evə buraxılacaq.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun həkimi Serxio Alfieri məlumat yayıb.

"İki həftə ərzində yaxşılaşma gördük, vəziyyəti stabildir. Papa martın 23-də evə buraxılacaq". - həkimi bildirib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də uzun müddətli müalicə tələb edən ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"