Rus ordusu bu kəndi ələ keçirdi
Rusiya ordusu Donetsk vilayətinin Jelannıye Pervoe kəndini ələ keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlir ki, Jelannıye Pervoe kəndinidə Ukrayna Silahlı Qüvvələri ümumilikdə 715 hərbçi itirib:
“Gün ərzində Rusiyanın “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk vilayəti istiqamətində Ukrayna Silahlı Qüvvələrinin briqadalarının 2 əks-hücumunu dəf edib. Hücum zamanı Ukrayna 5 texnika, Böyük Britaniya və ABŞ istehsalı olan 155 mm-lik “FH-70” və “M-777 haubitsasını və 152 mm-lik “D-20” topunu itirib”.
Həsən Məmmədov
"Cebheinfo.az"