Rusiya ABŞ-a məxsus PUA-nı vurub - İDDİA 

Rusiya ABŞ-a məxsus PUA-nı vurub - İDDİA 

ABŞ-ın Qara Dəniz üzərində vurulmuş “MQ-9 Reaper” pilotsuz uçuş aparatı Tuapse limanına hücum planlanması üçün hava qaldırılıb.

Cebhe.info xəbər verir ki, bu iddia ilə “Mash” teleqram kanalı çıxış edib. İddiaya görə, ABŞ-a məxsus pilotsuz uçuş aparat Ukrayna hərbçilərinin Rusiyanın dəniz limanına dronlarla zərbə endirilməsi üçün kəşfiyyat aparıb.

“Mash” kanalının yaydığı məlumata görə, Rusiya bu plandan xəbər tutub və Qara Dəniz Donanmasını hazır vəziyyətə gətirib. ABŞ-a məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatı vurulub.

Vilayət Muxtar
Cebhe.info