Rusiya daha bir diplomatı ölkədən qovur

Rusiya daha bir diplomatı ölkədən qovur

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq bir estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, nazirlikdən verilən açıqlamada Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb.

Məlumatda Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi xatırladılıb və buna etiraz edildiyi vurğulanıb.

Nigar Hacılı 
"Cebhe.info"