Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub.
Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində vaxtilə Kursk ərazisində əsir götürülən 103 hərbçi sentyabrın 14-də Rusiyaya qaytarılıb. Eyni zamanda Rusiya tərəfi 103 ukraynalı hərbçini ölkəsinə qaytarıb.
Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.
Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.
"Cebheinfo.az"