Rusiya Livana 19 ton humanitar yardım göndərdi
Rusiya Livanın zərər çəkmiş sakinləri üçün humanitar yardımın ikinci partiyasını Beyruta göndərib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Rusiya fövqəladə hallar departamentinin xüsusi “İl-76” təyyarəsi ümumi çəkisi 19 tondan çox olan, içərisində zəruri əşyalar və dərmanların da olduğu humanitar yükü Livanın paytaxtı Beyruta çatdırıb”, - nazirlik vurğulayıb.
Xatırladaq ki, ilk humanitar yardım Rusiya Prezidenti Vladimir Putinin götərişi ilə oktyabrın 3-də həyata keçirilib.
Həsən Məmmədov
“Cebheinfo.az”