Rusiya Odessa limanına zərbə endirdi: 5 ölü

Rusiya ordusunun Ukraynanın Odessa limanına gecə saatlarında həyata keçirdiyi hücumda 5 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, eləcə də limanda olan konteyner gəmisinin zədələndiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa "X" hesabında etdiyi paylaşımda Rusiya ordusunun gecə saatlarında Ukraynanın Odessa şəhərindəki limana raket hücumu həyata keçirdiyini bildirib.
Raketlərin limanda mülki gəmiyə düşdüyünü bildirən Sibiqa hücumda 5 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını bildirib.
Sibiqa mesajında bütün dövlətlərdən Rusiyanın hücumlarını pisləməyi və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyi tələb edib.
Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini, icmaların və regionların inkişafı naziri Oleksiy Kuleba “Telegram” kanalında verdiyi açıqlamada Odessaya raket hücumu nəticəsində Panama bayrağı altında üzən “Şui Spirit” konteyner gəmisinin zədələndiyini qeyd edib.
“Bu, Rusiyanın son dörd gündə hücum etdiyi üçüncü xarici gəmidir”, - Kuleba öz postunda bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"