Rusiya təyyarələri İdlibə hücum etdi: Mülki insanlar öldü

Rusiya təyyarələri İdlibə hücum etdi: Mülki insanlar öldü

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbində İdlibin müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, İdlibin mərkəzindəki İbn-i Sina xəstəxanasına 3 hava zərbəsi nəticəsində 8 nəfər həyatını itirib, 43 nəfər isə yaralanıb.

İdlibin şimalındakı Maarratmisrin bölgəsinə endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.

Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibin cənubundakı Maaratunnuman bölgəsinə təşkil etdiyi hava hücumunda 2 nəfər həyatını itirib.

Bundan əlavə, Bəşər Əsəd rejiminə aid döyüş təyyarələri Hələbin şəhər mərkəzində, əsasən xristianların məskunlaşdığı Məhattat Bağdad məhəlləsinə hava hücumu həyata keçirib.

Nigar Hacılı 
"Cebheinfo.az"