Rusiya və Kanada arasında nasist qalmaqalı
Rusiyanın Ottavadakı səfirliyi Kanada Xarici İşlər Nazirliyinə və ölkənin Baş Naziri Castin Trüdonun ofisinə “Qalisiya” SS diviziyasında xidmət etmiş ukraynalı nasistin Kanada parlamentində olması barədə nota göndərəcək.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov bildirib.
Oleq Stepanov "Səfirlik Kanada Xarici İşlər Nazirliyi və Baş Nazirlik ofisinə nota göndərərək, məsələyə aydınlıq gətirilməsini xahiş edir. SS beynəlxalq hüququn ayrılmaz hissəsi olan Nürnberq Tribunalının qərarları ilə cinayət təşkilatı kimi tanınır. Kanada kabinetinin və parlamentinin üzvləri bu cinayət təşkilatının üzvününə yer verərək təkcə əxlaqi normaları deyil, həm də hüquqi normaları pozdular",- deyib.
Xatırladaq ki, bundan əvvəl "Associated Press" Ukrayna Prezidenti V. Zelenskinin sentyabrın 22-də Kanada parlamentindəki çıxışında iştirak edən İkinci Dünya Müharibəsi zamanında SS-in “Qalisiya” diviziyası kimi tanınan 1-ci Ukrayna diviziyasında xidmət edən 98 yaşlı ukraynalı millətçini salamladığını əks etdirən fotoşəkillər paylaşmışdı.
Nigar Hacılı
Cebhe.info