Rusiyada “Dostluq” kəməri üzərindəki neft nasos stansiyasına PUA ilə zərbə endirilib

Rusiyada “Dostluq” kəməri üzərindəki neft nasos stansiyasına PUA ilə zərbə endirilib

Rusiyanın Bryansk vilayətində “Dostluq” neft kəməri üzərindəki neft nasos stansiyasına pilotsuz uçuş apparatı (PUA) ilə zərbə endirilib.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Ğryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da paylaşım edib.

Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri PUA ilə “Novozıbkov” neft nasos stansiyasına hücum edib, xəsarət alanlar yoxdur.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub, təhlükəsizliyin təmini üçün Drujba, Mamay, Trostan, Dubrovka və Novskoe yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb.

Qeyd edilib ki, operativ-istintaq tədbirlərindən sonra enerji təchizatı bərpa olunacaq.

Cebhe.info