Rusiyada helikopter qəzaya uğradı: Göyərtəsində ermənilər də var

Rusiyada helikopter qəzaya uğradı: Göyərtəsində ermənilər də var

Rusiyanın Amur vilayətində 16 sentyabrda itkin düşən Robinson helikopterinin göyərtəsində olan üç nəfərin hamısı hava gəmisinin qəzaya uğraması nəticəsində həlak olub.

“Cebheinfo.az”-TASS-a istinadən xəbər verir ki, bu barədə Zeysk rayonunun Vahid Növbətçi-Dispetçer Xidməti (VNDX) məlumat verib.

Axtarış əməliyyatında iştirak edən Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin xilasediciləri helikopterin qəzaya uğradığı yeri aşkar ediblər.

İlkin məlumata görə, sentyabrın 16-da axşam saatlarında "Robinson R66" hava gəmisindən Zeya dairəsində onun yerini göstərən qəza radio mayakının xəbərdarlığı alınıb. Helikopter eyni yerdə tapılıb.

Qəzaya uğrayan helikopter “XERGU” qızıl hasilatı şirkətinə məxsus olub.

Məlumata görə, həlak olanlar arasında qızıl hasilatı şirkətinin sahibi Mikayel Arutyunyan, onun köməkçisi Şeram Tovmasyan və pilot Yuri Barabaş var.

Qəzanın səbəbləri istintaq tərəfindən araşdırılır. Əsas versiyalardan biri texniki nasazlıqdır.

Həsən Məmmədov
“Cebheinfo.az”