Rusiyada immiqrant portreti: Kişi, evli, tacik...

Rusiyada immiqrant portreti: Kişi, evli, tacik...

 Rəsmi statistika xidməti "Rosstat" Rusiyaya gələn immiqrantların profilini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, RBC-nin istinad etdiyi məlumatlara görə, 2023-cü ildə Rusiyaya gələn əcnəbilərin sayı 560 mindən çoxdur.   Bu rəqəmin əvvəlki ilə nisbətən yüzdə 23 azaldığına diqqət çəkilib.  Bu rəqəm həm də 2013-cü ildən bəri qeydə alınan ən aşağı illik miqrasiyaya uyğundur.
 
 2023-cü ildə Rusiyaya daxil olanların əksəriyyətini Tacikistan və ya Qırğızıstandan olan gənc kişilər təşkil edir.
 
 Bəzi müqayisəli statistikanı təqdim edirik:
 
 - Xaricdən gələnlərin 55 faizi kişilərdir (Rusiya vətəndaşları arasında bu göstərici 47 faizdir).
 
 - 76 faizi əmək qabiliyyətli yaşdadır (ruslar arasında 57 faiz).
 
 - 51 faizi evlidir (ruslar arasında 49 faiz).
 
 - 39 faizi ən azı orta məktəb məzunlarıdır (ruslar arasında bu göstərici 14 faizdir).
 
 - 31 faiz Tacikistandan, 10 faiz Qırğızıstandan, 9 faiz Ukraynadan gəlir.
 
 - 47 faiz “şəxsi səbəblərə görə”, 28 faiz isə “işə görə” gəlir.

Nigar Hacılı 
"Cebheinfo.az"