Rusiyada Prezident seçkisinin vaxtı açıqlandı
Dekabrın 7-də Federasiya Şurasının iclasında prezident seçkilərində səsvermə məsələsinə baxılacaq.
“Cebhe.info” xəbər verir ki, bu barədə Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas məlumat verib.
“Fikirləşdik ki, ayın 7 və 13-ü ola bilər, gecikib sabah plenar iclasda məsələyə baxa bilmərik. Seçkilərin martın 17-nə təyin edilməsi təklif edilir”, - deyə Klişas vurğulayıb.
O əlavə edib ki, üç gün davam edəcək səsvermə ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası verəcək.
Qeyd edək ki, hazırkı Prezident Vladimir Putin hələ seçkilərdə iştirak edəcəyini açıqlamayıb.
Xəzər
“Cebhe.info”