Rusiyada sürücülük vəsiqəsi alarkən hərbi bilet tələb oluna bilər

Rusiyada sürücülük vəsiqəsi alarkən hərbi bilet tələb oluna bilər

Rusiyada sürücülük vəsiqəsi alarkən hərbi bilet tələb oluna bilər.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Dövlət Dumasına yeni qanun layihəsi təqdim edilib.

Belə ki, parlament bu qanunu təsdiq edərsə, hərbi qeydiyyat sənədləri təqdim edilmədən, yaşayış yeri, sürücülük vəsiqəsi və ya silah vəsiqəsi üzrə qeydiyyatdan keçmək mümkün olmayacaq.

Hələlik isə mövzu ilə bağlı rəsmi münasibət bildirilməyib.

Cebhe.info