Rusiyalı ekspert: "Ukraynada baş verənlər şoudur”
"ABŞ və Qərb ölkələrində Ukrayna münaqişəsi şou kimi təqdim olunur."
Cebhe.info xəbər verir ki, bu fikri hərbi ekspert, Hərbi və Siyasi Münaqişələrin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Klintseviç "Vladimir Solovyovla axşam"proqramının efirində deyib.
"Keçən həftə orada bizim tərəfimizdən kütləvi zərbə endirildi və bu, hava hücumundan müdafiə sistemləri ilə həyata keçirildi.
Anbarlardakı tədarük sıfıra endirildi, gəmilər batırıldı. Ukraynada isə bu qadağandır. Qərb bunu görmür, onlar öz reallıqlarında yaşayırlar, Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın verdiyi məlumata görə, onların vəziyyəti stabildir", - hərbi ekspert bildirib.
Klintseviç onu da qeyd edib ki, heç vaxt müharibədən yazmayan “Los Angeles Times” qəfildən əks-hücumun yayda olacağı ilə bağlı məqalə dərc edib. Onun sözlərinə görə, Qərb və ABŞ sakinləri üçün Ukraynada baş verənlər şou, Ukrayna və Rusiya üçün isə dəhşətli faciədir.
Sevinc Tapdıqqızı
Cebhe.info