Rusiyanın bu ölkələrlə ticarət dövriyyəsi 30 % artıb

“Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət həcminin bu il əvvəlki illərə nisbətən 30 faiz artıb”.
"Cebhe.info" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin Tatarıstanın paytaxtında keçirilən “Rusiya-İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumuna dair keçirilən mətbuat konfransında deyib.
Forumda ölkələr arasında ünsiyyətin daha da yaxşılaşdığını vurğulayan Marat Xusnullin tədbirin yaxşı mədəni proqramdan ibarət olduğunu qeyd edib.
Bu il forumda Fars körfəzi və ərəb dünyasının bütün ölkələrinin iştirak etdiyini deyən Marat Xusnullin tədbirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin detallarının da müzakirə edildiyini bildirib.
Nigar Hacılı
"Cebhe.info"