Rusiyanın cinayətləri Dövlət Departamentinin hesabatında

Rusiyanın cinayətləri Dövlət Departamentinin hesabatında

ABŞ Dövlət Departamenti 2022-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatını açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, hesabatı ABŞ dövlət katibi Entoni Blinken təqdim edib. Sənəddə 198 ölkə ilə bağlı məlumatlar yer alıb. Hesabat müəllifləri 2022-ci ildə ən çox narahatlıq yaradan hadisələr arasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini, İranda kütləvi etirazların yatırılmasını, Çinin Sincan-Uyğur Muxtar Bölgəsində müsəlmanların repressiyaya məruz qalmasını, Əfqanıstanda qadınların sıxışdırılmasını qeyd ediblər.

Bundan başqa, Cənubi Sudanda, Suriyada və Kambocada vətəndaş və siyasi hüquqlarla bağlı vəziyyətin gərgin olduğu qeyd edilib. Hesabatın Rusiya ilə bağlı hissəsində Ukraynadakı rus qoşunlarının şübhəli bilindiyi çoxsaylı hərbi cinayətlərin baş verdiyi bildirilir. Onların arasında mülki şəxslərin öldürülməsi, işgəncələr, cinsi cinayətlər, Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların zorla deportasiyası var. Bundan başqa, Rusiyanın özündə hakimiyyət qollarının bir-birindən müstəqil olmadığı, 2018 və 2021-ci il seçkilərində demokratik prosesin çoxsaylı pozuntularla müşahidə olunduğu bildirilir.

Hesabatda vurğulanır ki, federal hakimiyyət Çeçenistanda baş verənlərə praktiki olaraq nəzarəti itirib. Orada LGBT üzvlərinə qarşı təqiblərdən, hazırkı hakimiyyəti tənqid edən jurnalistlərə və sadə insanlara qarşı repressiyalardan, çoxlu məişət zorakılığı və geniş yayılmış korrupsiyadan bəhs edilir. Ukraynaya gəlincə, bu ölkə ərazisində baş verən hərbi cinayətlərlə yanaşı, Ukrayna hakimiyyətinə qarşı siyasi təzyiqin də sübut olunduğu göstərilir. Buraya Ukrayna-Rusiya danışıqlarında iştirak edən Denis Kireyevin 2022-ci ilin martında həbs edilməsi və öldürülməsi kimi həbslər və iddia edilən qətllər də daxildir.

Müşfiq Abdulla
Cebhe.info