Rusiyanın Sverdlovsk vilayətində qaz kəmərində partlayış olub

Rusiyanın Sverdlovsk vilayətində qaz kəmərində partlayış olub

Sverdlovsk vilayətinin Pelım şəhər dairəsində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib.

Bu barədə TASS-a dairənin rəhbəri Şahid Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb.

“Bəli, qaz kəmərində partlayış olub. Orada adam olmayıb. Boruda qazın qalıqları yanıb, yanğın olub”, - Əliyev deyib.

Onun sözlərinə görə, hadisə saat 22:00 (Bakı vaxtı ilə 21:00) radələrində baş verib.

Cebhe.info