Sandu Aİ ilə bağlı mühüm fərman imzaladı

Sandu Aİ ilə bağlı mühüm fərman imzaladı

Moldova prezidenti Maya Sandu ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq haqqında fərman imzaladığını bildirib.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib.

Beləliklə, namizəd ölkə statusunu aldıqdan sonra, iyunun 25-də Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq ilk Moldova-Aİ hökumətlərarası konfransı keçiriləcək. 

Moldova 2030-cu ilə qədər Aİ üzvü olamağa ümid edir.

Prezidentin sözlərinə görə, baş nazirin Avropaya inteqrasiya məsələləri üzrə müavini Kristina Gerasimov Moldova üzrə baş danışıqçı təyin edilib.

"Cebhe.info"