Saxta içkidən ölənlərin sayı 60-a yüksəldi

Türkiyədə saxta spirtli içki faciəsi böyüyür. Son məlumatlara görə, Ankarada bu səbəbdən həyatını itirənlərin sayı 59-a yüksəlib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, hazırda 35 nəfər reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 28 şübhəli həbs edilib, daha 25 nəfər isə məhkəmə nəzarətinə buraxılıb. Ankara Respublika Baş Prokurorluğu məsələni araşdırmaqda davam edir.
"Cebheinfo.az"