Səfir əmindir: “Müharibə olmayacaq”
“Rəsmi Ankara İsrail, İran və Livanın “Hizbullah” hərəkatı arasında mövcud gərginliyin genişmiqyaslı müharibəyə çevrilməyəcəyinə inanır”.
“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Jeff Flake deyib.
"Onlar gərginliyin qarşısını almaq üçün əllərindən gələni edirlər",- deyən ABŞ səfiri Vaşinqtonun türk tərəfdaşları haqqında inamla deyib.
Səfir əlavə edib: "Onlar eskalasiyanın olmayacağına bizdən daha əmin görünürlər".
Fleyk İstanbulda jurnalistlərlə keçirilən dəyirmi masada bunları deyib:
“Biz Türkiyə də daxil olmaqla, İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən onları gərginliyi azaltmağa inandırmalarını xahiş edirik”.
Xəzər
“Cebheinfo.az”