Səfir: “Onları Rəisinin dəfnində görmək sürpriz oldu”

Səfir: “Onları Rəisinin dəfnində görmək sürpriz oldu”

“Gürcüstanın Baş naziri və xarici işlər nazirinin İran prezidenti İbrahim Rəisi və daha 7 rəsmi şəxsin dəfn mərasimində iştirak etməsi mənim üçün sürpriz oldu”.

“Cebhe.info” xəbər verir ki, bunu İsrailin Gürcüstandakı səfiri Hadas Meitzad “İnterpressnews”-a müsahibəsində deyib.

“İbrahim Rəisi və Hüseyn Əmir Abdollahian əlləri qanlı iki adam idi. Bu iki adam - prezident və xarici işlər naziri bütün Yaxın Şərqdə qəddar bir terror təşkilatını formalaşdıran, siyasətləri ortaya qoyan və yaradan, maddiləşdirmə, təchizat və təlim keçirənlərdən idilər. HƏMAS-ın himayədarları olaraq, oktyabrın 7-də HƏMAS-ın törətdiyi soyqırım aktlarına görə birbaşa məsuliyyət daşıyırlar, çünki HƏMAS-ı silahla təmin edən və onlardan istifadəni öyrədən onlardırsa, deməli, onlar bunun bir hissəsidirlər”,-deyə səfir bildirib.

“Təbii ki, biz İranın keçmişdə Gürcüstan ərazisində terror aktları törətmək cəhdlərinə göz yuma bilmərik. Kimlərin olduğunu gördük, HƏMAS və “Hizbullah” liderlərini gördük. Gürcüstanın Baş nazirini və xarici işlər nazirini bu tədbirdə görmək mənim üçün sürpriz oldu. Bu heyrətamiz idi”, - deyə İsrail səfiri vurğulayıb.

Xəzər
“Cebhe.info”