Sel onlarla insanı öldürüb

Sel onlarla insanı öldürüb

 Hindistanın NDTV kanalının xəbərinə görə, hakimiyyət güclü yağışlar səbəbindən bəzi bölgələrdə təhsili dayandırmaq qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər əyalətin Jaipur, Bharatpur, Madhorajpura, Beawar, Kekri, Karauli, Bansvara kimi bölgələrində boğulma, çökmüş evin altında qalma və ya yağış sularından dolan çaya qapılma kimi səbəblərdən ən az 20 nəfərin həyatını itirdiyini bildirdi. 

Səlahiyyətlilər ştat sakinlərini gölməçələrdən və elektrik dirəklərindən uzaq durmağa, onları təbii fəlakətin idarə olunması bölməsinin xəbərdarlığına əməl etməyə çağırıb.  

Digər tərəfdən, "Hindustan Times" qəzetinin xəbərinə görə, Himaçal Pradeş əyalətində güclü yağışların səbəb olduğu sel, torpaq sürüşmələrinə səbəb olub. 

Səlahiyyətlilər yağışlar səbəbindən Una bölgəsində bir çox yolun bağlandığını, bir kənddə torpaq sürüşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"