Serial qətillər törədən qatil tutuldu

Serial qətillər törədən qatil tutuldu

Keniya polisi 42 qadını öldürdüyünü və onların parçalanmış cəsədlərini Nayrobi zibilliyinə atdığını etiraf edən serial qətillər törədən qatili tutub.

"Cebhe.info" xəbər verir ki, baş müfəttişi Duqlas Kanja bildirib ki, 33 yaşlı Collins Jumaisi Xaluşa kimi tanınan əsas şübhəli bu gün barın yaxınlığında tutulub.

Cinayət Axtarış İdarəsinin rəisi Mohammed Amin jurnalistlərə açıqlamasında şübhəli şəxsin 42 qadının cəsədini zibilliyə atdığını etiraf etdiyini bildirib:

“İnsan həyatına hörmət etməyən psixopatik serial qatillə üz-üzəyik".

Mohammed Amin həbsin DCI və Milli Polis Xidmətinin birgə əməliyyatından sonra baş verdiyini söyləyib və Xaluşanın qətllərin 2022-ci ildən bu il iyulun 11-dək törədildiyini iddia etdiyini bildirib:

"Təəssüf ki, bu, çox üzücüdür, şübhəli şəxs iddia edib ki, onun ilk qurbanı həyat yoldaşı olub. Onu boğaraq öldürdükdən sonra cəsədini parçalara ayırıb və eyni yerə atıb".

Cümə günündən bəri paytaxtın cənubundakı Mukuru gecəqondu bölgəsindəki zibillikdən plastik torbalara bükülmüş cəmi doqquz parçalanmış cəsəd çıxarılıb və bu qətl ölkəni dəhşətə gətirib.

Ləman İsmayıl
"Cebhe.info"