Serj Sarkisyana qarşı yeni İTTİHAM

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli-miqdarda rüşvətalma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirak maddələri ilə ittiham irəli sürülüb.
APA-nın "Armenia Today" portalına istinadən xəbərinə görə, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.
İstintaqla müəyyən edilib ki, Sarkisyan müdafiə naziri, Baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində işlədiyi 2000-2018-ci illər arasında dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qoyulan qadağalara baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibar etdiyi şəxslər vasitəsilə kommersiya subyektləri təsis edib.
Bu müəssisələr arasında Ararat vilayətində yerləşən və xarici investisiyalar hesabına inşa edilən bitum zavodu da olub.
O da bildirilib ki, artıq cinayət işi baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.
"Cebheinfo.az"