Şeyxlər də narahatdır

Şeyxlər də narahatdır

Səudiyyə Ərəbistan da Suriyada baş verən hadisələrdən narahatdır. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, Türkiyə və Səudiyyə Ərəbistan XİN rəhbərləri Hakan Fidan və Faysal Əl Səud Suriyadakı son hadisələrlə bağlı telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iki nazir telefon danışığı zamanı Suriyada hazırki proseslər barədə ətraflı müzakirə aparıblar. 

Qeyd edək ki, Suriya Milli Ordusunun Suriyada PKK/YPG terror qruplaşmasına qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı başlayıb. Artıq Suriya Milli Ordusu Suriyanın Tel-Rifat rayonuna tam nəzarəti ələ keçirib. 

Xatırladaq ki, Türkiyə sərhədindən 18 kilometr (11 mil) məsafədə yerləşən Tel Rifat səkkiz il PKK/YPG-nin işğalı altında olub. 

Yunis Abdullayev 
“Cebheinfo.az