Şimali Koreya haqda şok faktlar: Dindarlar qətlə yetirilir, narkomanlar isə...

Şimali Koreya haqda şok faktlar: Dindarlar qətlə yetirilir, narkomanlar isə...

Cənubi Koreyanın Birləşmə Məsələləri üzrə Nazirliyinin yaydığı 450 səhifəlik hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib.

Cebhe.info xəbər verir ki, kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə və həbs düşərgələrində dövlət tərəfindən insan haqları pozuntularına yol verildiyi diqqətə çatdırılıb.

2017-2022-ci illər arasında ölkəsini tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqının təhdid altında olduğu bildirilib.

Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya istehsalı videoların paylaşılması, dini fəaliyyətlər kimi səbəblərə görə verilir.

Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən şəxslərin dərhal edam edildiyi bildirilib.

Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın "dəhşətli" təcrübələri barədə məlumatlandırıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatlarına görə, bu günə qədər təxminən 34 000 koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi artırdıqca, ölkədən qaçanların sayı kəskin şəkildə azalıb.

Nazirliyin məlumatına görə, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə 67 nəfər qaçıb.

Naibə
Cebhe.info