Şimali Koreya qoşunları Kurskda Ukrayna ilə döyüşə girdi

Şimali Koreya qoşunları Kurskda Ukrayna ilə döyüşə girdi

Şimali Koreyadan Rusiyaya gətirlən hərbçilər artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

O, Şimali Koreya qüvvələrinin ukraynalı döyüşçülər tərəfindən atəşə tutulduğunu vurğulayıb.

“KXDR-in ilk hərbçiləri artıq Kursk vilayətində atəşə tutulub”, - deyən Kovalenko təfərrüatları gizlədib.

Bundan əvvəl Kiyev və onun yaxın müttəfiqləri Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini iddia etmişdi.

Rəsmi Pxenyan və Moskva bunu inkar edir.

"Cebheinfo.az"