Şimali Koreya yenə ballistik raketlər atdı

Şimali Koreya yenə ballistik raketlər atdı

Cənubi Koreya Şimali Koreyanın ölkə sularına bir sıra ballistik raketlər atdığını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində 10 qısamənzilli ballistik raket atdığı vurğulanıb və təftişlərin artırıldığı, ABŞ və Yaponiyanın məlumatlandırıldığı bildirib.

Yaponiya Müdafiə Nazirliyi isə Yaponiya Sahil Mühafizəsinin Şimali Koreyanın ehtimal olunan ballistik raketi atdığını bildirərək dəniz təhlükəsizliyinə dair məsləhət verdiyini və raketin düşdüyü barədə gəmilərə məlumat verildiyini və heç bir zərər məlumatının olmadığını açıqlayıb.

Son hadisələrlə iki ölkə arasında gərginliyin daha da artacağına dair narahatlıqlar var.

Nigar Hacılı 
"Cebhe.info"