Şimali Koreyaya qarşı yeni sanksiyalar 

Şimali Koreyaya qarşı yeni sanksiyalar 

Cənubi Koreya peyk və ballistik raket inkişaf proqramları ilə əlaqəli Şimali Koreyadan olan 11 şəxsə birtərəfli sanksiya tətbiq etmək qərarına gəlib.

Cebhe.info "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın reaksiyalarına və qınaqlarına baxmayaraq Şimali Koreya “Malligyong-1” adlı casus peykini kosmosa göndərib.

Digər tərəfdən ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Pxenyanın casus peyki buraxmasına cavab olaraq Şimali Koreyalı hakerlərdən ibarət "Kimsuky" qruplaşmasına və kütləvi qırğın silahları proqramlarını dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyi bildirilib.

Şimali Koreya lideri Kim Çen In peykin orbitə buraxılmasından sonra bölgədə artan “gərginlik və təxribatlar” səbəbindən hərbi hazırlıqlara göstəriş verib.

Nigar Hacılı 
Cebhe.info